Özili bıçaqlamaq istədilər - VİDEO

26.07.2019 11:42

Londonun "Arsenal” klubunun yarımmüdafiəçisi Məsud Özil Britaniya paytaxtının şimalında hücuma məruz qalıb.

"Gazeta.ru”xəbər verir ki, türk əsilli almaniyalı futbolçu komanda yoldaşı Zead Kolaşinatsla birgə avtomobildə hərəkət edərkən onlara skuterlərdə olan bir neçə nəfərbıçaqla hücum edib.

M.Özil nəqliyyat vasitəsindən çıxaraq kömək üçün yaxınlıqdakı restorana qaçıb, bosniyalı isə cinayətkarlarla dalaşıb.

Köməyə gəlmiş restoran əməkdaşları futbolçuları hücum edənlərdən qoruyublar.

Oyunçuların xəsarət almadığı bildirilir.

© xezerxeber.az


182 dəfə oxunub

XƏBƏRLƏR

21.09.2019 16:09

Ət idxalı artıb

ÇOX OXUNANLAR