Bakıda yol qəzaları: iki piyada, bir motosikletçi öldü - VİDEO

26.07.2019 11:31

Ötən gün ölümlə nəticələnən üçyol-nəqliyyat hadisəsi baş verib.

Hadisələrdən biri Xəzər rayonu, Mərdəkan qəsəbə çimərliyində qeydə alınıb.

Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Müslümova Gülnarə Tapdıq qızı "KİA” markalı, 90 DP 574 nömrə nişanlı avtomobili idarə edərkən 2016-cı il təvəllüdlü Mustafayev Əliağa Turan oğlunu vurub. O, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılsa da, xəstəxanada həyatını itirib.

Daha bir yol-nəqliyyat hadisəsi Xətai rayonu, Zığ şosesi, 13 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Cəfərov Eldar Eyvaz oğlu "Suzuki” markalı, 99 A 556 nömrə nişanlımotosikletin idarəetməsini itirərək, yol kənarında olan maneəyəçırpılıb. Şəxs hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Bir başqa ağır yol qəzası isə paytaxtın Xətai rayonu, R.Məmmədov küçəsi, 20 ünvanında baş verib.

Ağsu rayon sakini, 1993-cü il təvəllüdlü Əlizadə Vüsal Vəli oğlu idarə etdiyi "Mercedes” markalı, 10 JS 128 nömrə nişanlıavtomobillə Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Rəsulova Solmaz Əşrəf qızını vurub.

Yaralı dərhal Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb. İyulun 25-də səhər saatlarında həyata gözlərini yumub.

Hər üç fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, daxili işlər orqanlarının verdiyi məlumata görə, gün ərzində Bakı şəhəri üzrə beşyol-nəqliyyat hadisəsi baş verib. Onlardan üçü ölümlə nəticələnib. İkinəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. (Oxu.Az)

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR