Azərbaycanda yeni yemiş sortları yaradılıb - VİDEO

25.07.2019 20:32

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni yaradılmış 5 sort yemiş və 1 F1 hibridinin dad keyfiyyətinin qiymətləndirilməsi məqsədilə dequstasiya prosesi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, iştirakçılar tərəfindən meyvələr dequstasiya olunaraq dad keyfiyyəti qiymətləndirilib.

İnstitutun direktoru Elmar Allahverdiyev deyib ki, dequstasiya prosesinin keçirilməsində əsas məqsəd yaradilmiş yeni sortların rayonlaşmaya təqdim edilməmişdən qabaq geniş kütləyə nümayiş olunması və bəyənildiyi təqdirdə onların seleksiya, toxumçuluq işlərinin davam etdirilməsidir.

Bildirilib ki, yemişlər ilk dəfə olaraq istixana şəraitində yetişdirilib.Bu da gələcəkdə il boyu bazarların yerli məhsulla təmin edilməsinə şərait yaradacaq.

Qeyd edək ki, institutda həmçinin milli qarpız növü olan "Mərcan" sortları da yetişdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR