Sərnişindaşımada 9 ildir tətbiq olunan məhdudiyyət götürülür - VİDEO

25.07.2019 20:49

Sərnişindaşıma ilə bağlı 9 ildir tətbiq olunan məhdudiyyət aradan qaldırılır. Artıq rayonlara və əks istiqamətə gecə saatlarında da təhlükəsiz, rahat, həmçinin qanuni nəqliyyat vasitələri ilə getmək mümkün olacaq.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib ki, tələbat artdığından gecə reyslərinin bərpa olunması məsələsi gündəmə gəlib.

Onun sözlərinə görə, son illər yenilənmiş yol infrastrukturu da bu məhdudiyyəti aradan qaldırmağa imkan verir. O, həmçinin bu addımı atmaqda məqsədin qeyri-qanuni sərnişindaşımanın qarşısını almaq olduğunu bildirib.

Nuridə Allahyarova onu da qeyd edib ki, təklifə müsbət cavab verilərsə, gecə reyslərinin bərpası gələn ilin ilk rübünə nəzərdə tutulub.

Qeyd edək ki, 2010-cu ildə uzaq məsafələrə gecə reysləri ləğv olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






305 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR