Neftçalada dənizdə batan 3 nəfərin meyiti tapılıb - VİDEO

25.07.2019 19:26

Neftçalada 3 nəfər dənizdə batıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Neftçalanın Yeniqışlaq kəndi ərazisində, Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində qeydə alınıb.

Rayonun Həsənabad qəsəbə sakinləri - 26 yaşlı Fariz Alkişiyev, 29 yaşlı Fərid Babayev, 27 yaşlı Şəhriyar Nəcəfov və daha bir nəfər çimək üçün Xəzər dənizinə gediblər. Sakinlərin sözlərinə görə, onlar əvvəlcə orada yemək yeyiblər. Sonra isə biri sahildə qalıb, digər 3 nəfər çimmək üçün suya girib. Sakinlər bildiriblər ki, dənizdə çimərkən əvvəlcə 2 nəfər boğulub. Sonra isə bir nəfər də onlara kömək etmək istəyən zaman batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc axtarış qrupu cəlb olunub. Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR