Azərbaycanda Milli Məkan Məlumatları İnformasiya Sistemi qurulur - VİDEO

25.07.2019 19:11

Dövlətin məkanla bağlı əsas vahid məlumat bazası yaradılır. Artıq Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üçün işlərə başlanılıb. Bununla da məkanla bağlı məlumat bazasının tam rəqəmsallaşdırılması həyata keçiriləcək.Bu isə dövlət qurumları arasında çevik əlaqəni təmin etməklə məkanlara aid məlumatların vahid bazadan əldə edilməsini təmin edəcək.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı keçirilən tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib ki, vahid məlumat bazası bütün dövlət qurumlarının məlumatlarının inteqrasiyası hesabına reallaşacaq.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə bildirib ki, bu sistemin tez bir zamanda qurulması bütün dövlət orqanlarının dataya əsaslanan çevik qərar qəbul etmə məzmununun tətbiqinə töhfə verəcək.

Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması işlərini İsrailin bu sahədə ixtisaslaşmış şirkətləri həyata keçirir.Vahid bazanın yaradılmasının bu ilin sonuna qədər yekunlaşması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR