Kameralar kəmər taxmayan sürücüləri izləyir - 500-dən çox sürücü cərimələnib - VİDEO

25.07.2019 20:15

Bakıda təhlükəsizlik kəməri taxmayan sürücü radara düşüb.

Xezerxeber.az-ın məlumatına görə, ötən gün paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində kameraya düşən sürücü təhlükəsizlik kəməri taxmadığına görə 40 manat məbləğində cərimələnib.

Həmin sürücü cərimə məktubunun şəklini sosial şəbəkələrdə paylaşaraq sürücüləri diqqətli olmağa və təhlükəsizlik kəməri taxmağa çağırıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, xüsusi texniki vasitələrin köməyi ilə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərin cərimələnməsinə bir ildən çoxdur ki, başlanıb. Odur ki, sürücülər bunun yeni olduğunu düşünməsinlər.

Qeyd edək ki, təhlükəsizlik kəmərindən istifadə baş verə biləcək yol nəqliyyat hadisəsi zamanı avtomobildə olan şəxsləri 70 faiz ölümdən qoruyur.

Vaqif Əsədov ilin əvvəlindən bu günə qədər kameralar vasitəsi ilə kəmər taxmayıb cərimələnən sürücülərin statistikasını da açıqlayıb.

Qeyd edək ki, kəmərdən istifadə etməyən sürücülər 40, sərnişinlər üçün isə 30 manat məbləğində cərimə nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR