Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda ərəb turistlər qaldıqları evin sahibinə şok yaşatdılar – VİDEO

25.07.2019 10:58

Bakıda evini ərəb turistlərə kirayə verən şəxs dəhşətli mənzərə ilə üzləşib.

Turistlər yedikləri qidaların tullantılarını zibilliyə yox, evin otaqlarına atıblar. Ərəb turistlər hətta məişət avadanlıqlarını elektrikə qoşulu şəkildə qoyaraq gediblər.

Sosial şəbəkəyə yayılan kirayə verilmiş evin videosu müzakirələrə səbəb olub. İstifadəçilərin məsələyə münasibəti birmənalı olmayıb. Belə ki, bəziləri turistləri qınayıb, bəziləri isə müdafiə edib. Müdafiə edənlər iddia edib ki, ərəblər ev sahiblərinin onlara mənzili baha qiymətə verildiyini bildiyinə görə evdə istədiklərini edirlər.

Sosial şəbəkə istifadəçilər ev turistə kirayə verilərkən bu kimi hallardan sığortalanmaq üçün əlavə deposit tələb olunmasını və ya ev kirayə verənlə kirayəşinin arasında notarial qayda da müqavilənin bağlanmasını təklif ediblər. Eləcə də, kirayə müqaviləsi olmadığına görə, onları məsuliyyətə cəlb etməyin mümkünsüz olduğu deyilib.

Qeyd edək ki, əvvəllər daha çox türk, rus və avropalı turistlər Azərbaycana səyahətə gəlirdisə, artıq bu statistikada xeyli dəyişiklik var. Həm də Azərbaycana gələn ərəblərin ölkədə kütləvi şəkildə daşınmaz əmlak aldıqları ilə bağlı xəbərlər yayılıb. (Bizimyol.info)

© xezerxeber.az


781 dəfə oxunub

XƏBƏRLƏR

24.08.2019 12:05

Qəbələdə ev yanıb

ÇOX OXUNANLAR