Lənkəranda ağır qəza - 1 ölü, 3 yaralı var - VİDEO

24.07.2019 18:38

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakı-Astara magistralının Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

Vüsal Əzizov idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın yoldan çıxıb. Bakı şəhər sakini, 71 yaşlı Azədə Məmmədova hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan iki sərnişin - 69 yaşlı Cəmilə Bayramova və 29 yaşlı Nigar Əzizova isə müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların hər ikisi travmatik şok vəziyyətindədir. Sürücü Vüsal Əzizov isə yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






384 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR