Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycan Ordusu daha da güclənir - YENİ REYTİNQ - VİDEO

24.07.2019 19:36

Dünya ölkələri ordularının yeni reytinqi müəyyənləşib.

Xezerxeber.az-ın məlumatına görə, "Global Firepauer" təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahısını açıqlayıb.

Azərbaycan Ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib.

Ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov bildirir ki, Azərbaycan Ordusunun reytinqdə irəliləməsi gözlənilən idi. Çünki ordu quruculuğu sahəsində hazırda işlər sürətlə davam etdirilir.

Bu cədvəldəki irəliləyiş də bunun bariz nümunəsidir. Azərbaycan Ordusunun reytinqlərdə irəliləməsinin daha bir səbəbi isə qatıldıqları təlimlərdə göstərdikləri nəticələrdir.

Azərbaycanın əksinə olaraq isə Ermənistan reytinq cədvəlində 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb.

Məhərrəm Cahangirov bildirir ki, Ermənistan ordusunun reytinqdə geriləməsinə səbəb bu ölkənin iqtisadi resurslarının məhdud olması ilə bağlıdır. Bu isə onlara ordunun gücləndirmək üçün heç bir əlavə imkan vermir.

Qeyd edək ki, yeni reytinq cədvəlində birinci yeri ABŞ, ikinci yeri Rusiya tutur. İlk üçlüyü Çin ordusu tamamlayır. Türkiyə siyahıda doqquzuncu, İran 14, Gürcüstan isə 85-cidir. Reytinqdən də göründüyü kimi Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu olmaqda davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






368 dəfə oxunub

ÇOX OXUNANLAR