Xəzər dənizində iki yeniyetmə boğulub - VİDEO

24.07.2019 18:55

Astarada 16 yaşlı yeniyetmə dənizdə boğulub.

Xezerxeber.az-ın məlumatına görə, rayon sakini Sahib İsmayılov Astara bulvarının yaxınlığında, qeyri-çimərlik ərazidə çimərkən suda batıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Sahib İsmayılovun cəsədi sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Abşeronda da yeniyetmə Xəzər dənizində batıb.

Hadisə Novxanı çimərliyində baş verib. Valideyn nəzarətindən yayınan 12 yaşlı Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub. Onun meyiti ətrafdakı insanların köməkliyi ilə sudan çıxarıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






488 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR