Müharibə əlillərinə daha 50 avtomobil verilib - VİDEO

24.07.2019 19:00

Qarabağ müharibəsi əlillərinə daha 50 minik avtomobil verilib.

Xezerxeber.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin avtomobillər sahiblərinə təqdim olunub.

Təqdimat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən göstərilən qayğının ildən-ilə artdığını vurğulayıb.

Nazir müavini deyib ki, bu il ərzində müharibə əlillərinə 600-ə yaxin avtomobil veriləcək.

Mətin Kərimli, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillərlə təmin olunması məsələsinə də toxunub.

Nazir müavini belə tədbirlərin ardıcıl olaraq davam etdiriləcəyi bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






231 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR