İstanbulun "Qalata" körpüsü balıqçıları ilə məşhurdur - REPORTAJ - VİDEO

24.07.2019 20:45

İstanbulun məşhur Qalata körpüsündən hər gün keçən minlərlə insan onlara baxmadan getmirlər. Söhbət istanbullu balıılardan gedir. Onlar yay-qış demədən tilovla balıq ovlayırlar. Bunu hətta işə çevirənlər var. ''Xəzər Xəbər''in Türkiyə təmsilçisi Vüsalə Abbasova bir gününü həmin balıılarla keçirib...

Xezerxeber.az-ın məlumatına görə, onlara Mərmərə dənizinin daimi sakinləri də deyirlər.

Gözəlliyi ilə diqqəti cəlb edən və İstanbulun simvoluna çevrilən qədim Qalata körpüsünün üzərində yan-yana dayanan onlarla balıqçını görmək mümkündür. Bir çox insan İstanbulun Eminönü səmtinə sadəcə bu mənzərəni izləmək üçün gəlirlər.

Çoğrafi mövqeyinə görə Qalata körpüsü İstanbulda balıqların ən çox toplaşdığı nöqtədir. Elə bu səbəbdən də ilin istənilən vaxtı burda balıqçılara rast gəlmək mümkündür.

Balıqçıların sözlərinə görə, Mərmərə dənizində 125 adda balıq növünə rast gəlinir. Hazırda balıqların azlığından şikayətlənən balıqçılar havaların soyumasını səbərsizliklə gözləyirlər.

Balıq tutanlar ekoloji problemlərin də bu bu canıların sayına təsir etdiyini bildirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR