Ərdoğanın kürəkəni eks-bankiri aeroportda belə qarşıladı - FOTO+VİDEO

24.07.2019 15:11

Uzun müddət sonra ABŞ-da həbs həyatından qurtulan "Halk Bank”ın idarə heyətinin baş icraçı direktorunun keçmiş müavini Hakan Atillanı gətirən özəl təyyarə İstanbula çatıb.

"Qafqazinfo”nun "hurriyet”ə istinadən verdiyi xəbərə görə, onu İstanbul hava limanında ailə üzvləri və yaxın dostları ilə birlikdə Türkiyənin Maliyyə və Xəzinədar naziri, Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak və İnfrastruktur naziri Mehmet Cahit Turhan qarşılayıb.

Ölkə başçısı da Atilla ilə telefon vasitəsilə əlaqə saxlayıb.

Xatırladaq ki, Hakan Atilla 2017-ci il 27 mart tarixində Nyu-Yorkun Kennedi hava limanından Türkiyəyə qayıdanda saxlanılaraq həbs edilmişdi. O, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda, ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Zərrabla və başqaları ilə sövdələşməyə girərək, fırıldaqçı qızıl və ərzaq alqı-satqısı vasitəsilə İrana köməklik göstərməkdə ittiham olunaraq barəsində 32 ay müddətinə həbs qərarı çıxarılmışdı.

Rza Zərrab məhkəmədə Atillanın əleyhinə ifadə vermişdi.



© xezerxeber.az

FOTOQALERIYA






129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR