Bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır - VİDEO

23.07.2019 20:14

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun verdiyi məlumata görə, artıq bu gün 2 fərqli vaxtda Salyan yolunun 14-cü km-dən Bibiheybət məscidinə qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Məhdudiyyət növbəti günlər üçün də nəzərdə tutulur.

Yolda artıq velosipedlərin hərəkəti üçün plastik manelərin qoyulması da həyata keçirilib. Qadağanın tətbiq edilmədiyi saatlarda isə işarələnən ərazidən də digər nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək.

Məhdudiyyətlə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR