Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Çin vətəndaşının pul kisəsini oğurlayan şəxs saxlanılıb - VİDEO

22.07.2019 19:27

Bakıda Çin vətəndaşına qarşı avtobusda cibgirlik olub.

Xezerxeber.az-ın məlumatına görə, zərərçəkmiş qadın Yasamal Rayon 28-ci Polis Bölməsinə məlumat verərək, avtobusda olan zaman naməlum şəxsin onun içərisində 200 manat, sənədlər və şəxsi əşyaları olan pul kisəsini oğurladığını bildirib.

Bölmə əməkdaşlarınını keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Xalid Şəmşiyev saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun bir neçə ay əvvəl başqa cinayət törətdiyi də məlum olub. O, ifadəsində Yasamal rayonunda bir avtomobildən də oğurluq etdiyini etraf edib.

Faktla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






197 dəfə oxunub

ÇOX OXUNANLAR