Mingəçevirdə siçanlar çoxalıb - VİDEO

21.07.2019 20:00

Mingəçevir şəhərinin bir çox küçələrində siçanlar peyda olub.

Xezerxeber.az-ın məlumatına görə, istər mənzillərin daxilində, istərsə də binaların bloklarında siçanlara rast gəlinir.

Şəhərin əsasən Vəli Hüseynov, Müslüm Maqomayev, Mirzə Fətəli Axundov küçələri boyunca həmin canlılara rast gəlinir.

Sakinlər bildirir ki, binaların yaxınlığında olan zibiliklərdən aşağı mərtəbələrə, eyvanlara girirlər. Həyətlərdə isə onların qazıb dağıtdığı yerlər diqqət çəkir.

Sakinlərin sözlərinə görə, həyətdə binaların girişində uşaqların qarşısına çıxan siçanlar onları qorxudur. Maraqlı məqam odur ki, həmin canlılarla pişiklərin də mübarizəsi nəticə vermir .

Mövcud vəziyyətlə bağlı Mingəçevir Dezinfeksiya Stansiyasına müraciət etdik. Buradan "Xəzər Xəbər"ə bildirildi ki, müqavilə əsasında şəhər ərazisində dərmanlama işi mütamadi olaraq aparılır. Göstərilən ünvanlarda da işlər davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR