Bakıda yanacaq daşıyan maşının sürücüsü "avtoşluq" etdi - TƏHLÜKƏ - VİDEO

21.07.2019 19:42

Bakıda yanacaq daşıyan maşın yüksək sürətlə hərəkət edib. Sürücü maşını 100 km/saatdan da çox sürətlə idarə edib.

Hadisəni əks etdirən görüntü ötən gün paytaxt ərazisində xarici dairəvi yolda çəkilərək ''Xəzər Xəbər'' in votsap nömrəsinə göndərilib.

Xezerxeber.az-ın məlumatına görə, görüntüdən aydın olur ki, yanacaq daşıyan avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozur və bununla həm öz, həm də digərlərinin həyatını təhlükəyə atır.

Ekspertlər isə bu halın qanunvericiliklə qadağan edildiyini deyirlər. Qanunvericilik heç bir halda bu avtomobilin belə sürətlə hərəkət etməsinə icazə vermir.

Ekspert Elməddin Muradlının sözlərinə görə, bu tip təhlükəli maddə daşıyan avtomobillər üçün hətta şəhərətrafı yollarda belə maksimum sürət 60 və ya ən yaxşı halda 70 seçilir. Çünki bu maşınların qəzalarının fəsadları da böyük olur.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl də Kürdəmir rayonunda mişar daşı yüklü avtomobilə arxadan gələn yanacaq daşıyan maşın çırpılmışdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






117 dəfə oxunub

XƏBƏRLƏR

20.08.2019 17:14

Bu gün SON GÜNDÜR

ÇOX OXUNANLAR