Kürdəmirdə taksi sürücüsünə 16 bıçaq vuran şəxslər yaxalanıblar - VİDEO

21.07.2019 19:38

Kürdəmirdə taksi sürücüsünə qarşı quldurluq edən dəstə ifşa edilib.

Xezerxeber.az-ın məlumatına görə, Qaradağ rayon sakini Yaşar Səmədovun idarə etdiyi avtomobilə sərnişin kimi əyləşən 3 nəfər şəxs rayonun Sığırlı kəndi ərazisində ona hücum edərək sürücüyə 16 bıçaq xəsarəti yetiriblər. Sürücü ona hücum edən şəxslərdən canını qurtaqmaq üçün idarə etdiyi avtomobili yol kənarında quraşdırılan beton arakəsmələrə vurub.

Hadisə barədə məlumat daxil olan kimi rayon polis şöbəsində araşdırmalara başlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Ucar rayon sakinləri Nurlan Cıqqarov, Röyal İbrahimov və Pünhan Quliyev saxlanılıblar.

Qeyd edək ki, saxlanılan şəxslər quldurluq yolu ilə zərərçəkənin 34 manat pulunu ələ keçiriblər.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR