Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İcbari tibbi sığortaya keçidlə bağlı hazırlıq işləri sürətləndirilib - VİDEO

19.07.2019 20:15

İcbari tibbi sığorta sisteminə keçidlə bağlı hazırlıq işləri sürətləndirilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta Agentliyinin şöbə müdiri Misirxan Sadıqov deyib.

Onun sözlərinə görə, sistemin əhatə edəcəyi xəstəxanalarda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı tibb personalları üçün təlimlərə başlanılıb.

Tibb müəssisələrinin fəaliyyətlərinin elektronlaşdırılması məqsədi daşıyan proqram təminatı vasitəsilə xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatı aparılacaq. Burada vətəndaşın müraciət etdiyi şöbələr, pasiyentə xidmət göstərən həkimlər, ona təyin olunan müayinə və müalicələr barədə məlumatlar öz əksini tapacaq.

Həmçinin, proqram təminatı vasitəsilə xəstəxanaya müraciət edən səxsin sığortalı olub-olmamasını da müəyyən etmək mümkün olacaq. Proqramda qeyd olunan diaqnozlar və laborator xidmətlərin elektron olması isə tibbi ekspertizanın aparılmasına imkan yaradacaq.

Sistemin üstünlüyü ondadır ki, pasiyentin məlumatları FİN kod əsasında aparıldığı üçün bütün məlumatlar sistemdə dəqiqliklə əks ediləcək.

Hazırda icbari tibbi sığorta sisteminin işlək olduğu bölgələrdə elektron tibbi portal uğurla istifadə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






222 dəfə oxunub

XƏBƏRLƏR

24.08.2019 12:05

Qəbələdə ev yanıb

ÇOX OXUNANLAR