Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda kiçik meteoroloji stansiyalar quraşdırılır - VİDEO

19.07.2019 20:34

BMT-nin "Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi layihəsi" çərçivəsində Azərbaycanda 6 kiçik müasir meteoroloji stansiya quraşdırılıb. Onlardan biri Tərəvəzçilik Elmi Tədqiqat İnstitutundadır. Bu cihaz Avropa və Amerikada geniş tətbiq edilən "ağıllı kənd təssərüfatı"nın əsas elementlərindən sayılır.

Xezerxeber.az-ın məlumatına görə, cihaz torpağın nəmliyini, Günəş işığını, havanın temperaturunu, yağışın miqdarını, ümumiyyətlə bitki üçün lazım olan bütün məlumatları mərkəzi bazaya ötürür və yaddaşda saxlayaraq, illik analizə imkan verir.

İnstitutun direktoru Elmar Allhverdiyevin sözlərinə görə, bu cihaz böyük fermer təsərrüfatlarına tövsiyə ediləcək və qurğunun köməkliyi ilə torpağın məhsuldarlığını artırmaq mümkün olacaq.

Çünki avadanlıq qurulduğu ərazidə hansı bitkinin məhsuldar olacağını müəyyənləşdirmək daha rahat olur. Üstəlik, avadanlıq Günəş enerjisi ilə işlədiyindən istənilən yerdə qurmaq mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






215 dəfə oxunub

XƏBƏRLƏR

24.08.2019 12:05

Qəbələdə ev yanıb

ÇOX OXUNANLAR