Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun təmirinə başlanılır - VİDEO

19.07.2019 20:41

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu yenidən qurulacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, adıçəkilən avtomobil yolunun yenidən qurulması ilə bağlı lazımi işlər görülür.

Qurum rəsmisi deyib ki, yol əsaslı şəkildə yenidən qurulmalıdır. Hazırda yolun müəyyən hissələrində cari təmir işləri həyata keçirilir.

Bununla yanaşı, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni yol inşa edilir. Həmin yol Bakı-Quba Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən başlayaraq Rusiya sərhədinə qədər davam edir. Bu yolun ümumi uzunluğu 152 kilometrdir. Yolun 2021-ci il ərzində istifadəyə verilməsi planlaşdırılır.Yol müasir standartlara cavab verən 1-ci texniki dərəcəli olacaq. Bu yol istifadəyə veriləndən sonra mövcud olan Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Bakı-Gəndob hissəsinin yenidən qurulması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


© xezerxeber.az

FOTOQALERIYA






362 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR