Azərbaycan daha bir nüfuzlu idman yarışına tam hazırdır - VİDEO

19.07.2019 20:21

Azərbaycan daha bir nüfuzlu idman yarışına ev sahibliyi etmək ərəfəsindədir.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcək.

Bu festival 14-18 yaşlı gənclər arasında keçirilən və müxtəlif idman növlərini cəmləyən ilk yüksək səviyyəli Avropa yarışmasıdır.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib ki, festival Avropa gəncləri arasında ən böyük və müxtəlif idman növlərini özündə birləşdirən yarışmadır.

Festivalın açılış mərasimi iyulun 21-də keçiriləcək. Açılış mərasiminə biletlərin hamısı demək olar ki, satılıb. Bu isə turnirə böyük marağın olduğunu göstərir. Festivalı yüzlərlə yerli və beynəxalq media nümayəndələri işıqlandıracaq.

Səmayə Məmmədovanın sözlərinə görə, paytaxt Bakı yarışların keçirilməsi üçün tam hazırdır.

Yarışları arenalardan izləmək pulsuzdur. Hər kəs biletlərin satıldığı məntəqələrə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etməklə 4 bilet əldə edə bilər. Festival iyulun 27-də yekunlaşacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR