Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycan süni intellektin tətbiqi sahəsində BMT ilə sıx əməkdaşlıq edir - VİDEO

19.07.2019 19:31

"Azərbaycan süni intellektin tətbiqi sahəsində BMT ilə sıx əməkdaşlıq edir".

Xezerxeber.az-ın məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar" proqramının açılış mərasimində deyib.

Ülvi Mehdiyev indiyə qədər "ASAN Xidmət"dən istifadə edənlərin sayını da açıqlayıb.

Ülvi Mehdiyev vurğulayıb ki, bir çox hallarda elektron xidmətlər və innovasiyalar özəl sektorda daha çox inkişaf edir. Ancaq Azərbaycanda innovasiyaların xidmətlərdə tətbiqində dövlət özü böyük dərəcədə maraqlıdır.

Ülvi Mehdiyev onu da bildirib ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çoxsaylı elektron xidmətlərə nail olsa da, araşdırmalar davam edir. Bu sahədə xarici ölkələrin mütəxəssislərinin təcrübələri öyrənilərək elektron xidmətlərin həm sayı artılır, həm də keyfiyyəti yüksəldilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






209 dəfə oxunub

ÇOX OXUNANLAR