Müəllimlərin işə qəbulu imtahanından REPORTAJ - VİDEO

16.07.2019 19:25

Adətən övlad ali məktəbə qəbul imtahanında olur, valideyn isə çöldə həyəcanla onun çıxmasını gözləyir.

Xezerxeber.az-ın məlumatına görə, bu günlərdə isə bunun əksi yaşanır: valideynlər imtahanda, övladları isə onları gözləyirlər. Əməkdaşlarımız müəllimlərin işə qəbulu imtahanının keçirildiyi binanın qarşısından reportaj hazırlayıblar.

Bu uşaq anasının imtahandan çıxmasını gözləyir. Bu ağbirçək isə imtahanda olan gəlini üçün dua edir.

Görüntülər müəllimlərin işə qəbul müsabiqəsinin imtahan mərhələsinin keçirildiyi binanın qarşısındandır. Adətən ali məktəblərə qəbul imtahanında görməyə alışdığımız bu izdiham bir neçə gündür ki, müəllimlərin işə qəbul imtahanında da yaşanır.

Yaxınlarını gözləyənlərin ən balacasının 3, ən yaşlısının isə 70 yaşı var.

Saatlarla günün altında gözləyənlərin arasında nəvəsini, gəlinini və qohumunu imtahana gətirən yaşlı insanlar da az deyil. Onlar da imtahan yekunlaşana qədər imtahan binasının qarşısında yaxınlarını gözləyiblər.

Bugünkü imtahanda 3280 namizəd Azərbaycan bölməsi üzrə ibtidai sinif müəllimi olmaq üçün mübarizə aparıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR