Ucar-Zərdab-Ağcabədi yolu yenidən qurulur - VİDEO

16.07.2019 20:39

Tamamilə bərbad vəziyyətə düşən Ucar-Zərdab-Ağcabədi yolu əsaslı şəkildə yenidən qurulur.

Xezerxeber.az-ın məlumatına görə, ümumi uzunluğu 70 km-dən artıq olan yolda təmir işləri Ucar şəhərinin girişindən başlayıb. Ağcəbədi şəhərinin cənubuna qədər uzanan yol sonda Mingəcevir-Bəhramtəpə avtomobil yoluna birləşəcək.

Hazırda mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, mövcud boruların çıxarılması və yeni boruların tikilməsi işləri yerinə yetirilir. İki hərəkət zolağından ibarət olacaq yolun ümumi eni 15 metrdir. Bundan başqa, yol boyu 9 yeraltı keçid və 30 avtobus dayanacağı tikiləcək.

Uzun illərdir bərbad vəziyyətdə olan yol sürücüləri əməlli-başlı əziyyətə salırdı. Əsaslı təmir olunan yol həm sakinlərin, həm də sürücülərin ürəyincədir.

Qeyd edək ki, əsaslı təmir olunan yol 2021-ci ilin mart ayında sürücülərin istifadəsinə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






163 dəfə oxunub

ÇOX OXUNANLAR