Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Sabirabadın mərkəzi bazarında yanğın olub - VİDEO

16.07.2019 18:54

Sabirabad rayonunda mərkəzi bazarda güclü yanğın baş verib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun İlham İskəndərov küçəsində mağazalarda yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi 3 saylı çağırış elan edib. Hadisə yerinə Sabirabad, Saatlı, Şirvan, Hacıqabul və İmişli qruplarından ibarət 11-dən çox yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. İlkin ehtimala görə, yanğın mağazaların birində olan soyuducuda yaranmış qısaqapanmadan qaynaqlanıb. Yanğının nəticəsində ümumi sahəsi 1060 kvadratmetr olan 2 mağaza və mərkəzi bazarın ərazisində 70 kvadratmetr sahədə 3 dükan yanıb. Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Faktla baglı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






151 dəfə oxunub

ÇOX OXUNANLAR