Metroda siqaret çəkən şəxs tapıldı, 50 manat cərimə edildi - VİDEO

16.07.2019 19:00

Bakı metrosunda siqaret çəkən şəxs saxlanılaraq cərimələnib.

Xezerxeber.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən qeydə alınan videogörüntülər araşdırılaraq qısa zamanda həmin şəxsin kimliyi müəyyən edilib. Həmin şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyənləşib.

Polis şöbəsinə gətirilən şəxs etdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.

Ceyhun Fərəcullayev barəsində polis şöbəsində İnzibati Xətalar Məcəlləsinin metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə maddəsi ilə protokol tərtib edilərək 50 manat məbləğində cərimə edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






162 dəfə oxunub

ÇOX OXUNANLAR