Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

“Keçikçi qala”da Gürcüstan vətəndaşları Azər­bay­can sər­həd naryadına qarşı insident törədib - VİDEO

15.07.2019 19:54

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin "Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, iyulun 14-ü saat 14:50 radələrində xidmətin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin "Keşikçi qala" sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları Azərbaycan sərhəd naryadına qarşı insident törədiblər. İnsident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Bu arada, Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Baş verən hadisə ilə bağlı ondan müvafiq izahat istənilib. Məlumatda bildirilir ki, hər iki dövlətin müvafiq qurumları insidentlə bağlı lazımi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələr müəyyən edilərək onlara qarşı ciddi ölçü götürülməlidir.

Baş verən insident onu deməyə əsas verir ki, Cənubi Qafqazda Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətləri kimlərisə ciddi şəkildə narahat edir. Hansısa qüvvələr dərin tarixi köklərə malik, Cənubi Qafqazın iki qədim xalqını üz-üzə qoymağa çalışır. Onları düşmən etmək üçün bütün gücünü səfərbər edir. Bu iki xalqın taleyi oxşar və eyni zamanda bir-birinə bağlıdır.

Azərbaycan və Gürcüstan postsovet ölkələridir. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra əlaqələrimiz daha da möhkəmlənib. İki dövlət arasında 1992-ci ildə qurulan diplomatik munasibətlər hazırki illərə qədər artan xətt üzrə inkişaf edir. Cənubi Qafqazın iki müdrik xalqı arasındakı təxribatlar narahatlıq doğurmaya bilməz. Cənubi Qafqazda dost və mehriban qonşuluq münasibətlərini həzm edə bilməyən qüvvələr var. Bu qüvvələrin təxminən kimlərdən ibarət olduğu da bəllidir. Lakin tarixi təcrübə göstərir ki, nə Azərbaycan , nə də Gürcüstan tərəfi indiyədək heç bir təxribata uymayıb. Xalqlarımız qonşuluqla yanaşı, tərəfdaşlıq əlaqələrində də nümunəvi olmağı bacarıblar. Qarşılıqlı etimad Azərbaycan- Gürcüstan münasibətlərinin daima fövqündə dayanıb.

İnanırıq ki, mehriban qonşuluq münasibətləri bundan sonra da qorunub saxlanılacaq, ekstremist təşəbbüslər iflasa uğrayacaq, dövlətləri bir- birinə qarşı qoymaq, onları bir-birinə qarşı təxribata çəkmək meylləri müdriklik, əsrlərin sınağından çıxmış qarşılıqlı etimad mühiti qarşısında məğlub olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






192 dəfə oxunub

ÇOX OXUNANLAR