Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib - VİDEO

12.07.2019 19:48

"ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Bəyannamədə Azərbaycanın təklifləri nəzərə alınıb və maraqlarımız təmin olunub''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, deklarasiyanın 2-ci maddəsində qeyd edilib ki, ATƏT PA və üzv ölkələr dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquqa vicdanla riayət olunmasına çalışılmalıdır. Bu Bəyannamədə bütün məsələlər Azərbaycanın maraqları çərçivəsindədir.

Vitse-spiker əlavə edib ki, əsas məsələ yekun sənədin 22-ci maddəsində yer alıb. Belə ki, ilk dəfə olaraq Gürcüstan, Moldova, Ukrayna və Azərbaycandakı münaqişələrə eyni prizmadan yanaşılması öz əksini tapib. Çünki hər zaman Dağlıq Qarabağ münaqişəsi ayrı qeyd edilib və Ermənistan bundan istifadə edirdi. Amma bəyannamə bu vəziyyətə son qoydu.

Qeyd edək ki, ATƏT PA-nın yekun bəyannaməsi Prezident İlham Əliyevin diplomatik siyasətinin uğurudur. Belə ki, Prezident İlham Əliyevin Azərbaycan diplomatiyası qarşısında qoyduğu tələblər, o, hələ AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən ilk nəticələrini vermişdi, AŞPA Azərbaycanın ərzi bütövlüyü ilə bağlı prinsipial qərarlar qəbul etmişdi. Sonradan digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələrdə Azərbaycanın haqlı tələbi nəzərə alınıb, postsovet ölkələrindəki münaqişələrlə bağlı vahid yanaşma formalaşmağa başladı. 2017-ci ilin noyabrın 24-də Avropa İttifaqının sammitinin yekun bəyannaməsinin "Şərq Tərəfdaşlığı" ölkələrinə dair hissəsində "Şərq Tərəfdaşlığı"na üzv ölkələrinin ərazisindəki münaqişələrin dövlətlərin ərazi bütövlüyü və dövlət suverenliyi əsasında həllinə çağırış müddəası öz əksini tapdı. Lakin uzun müddət ATƏT PA bir istisna təşkil edirdi. ATƏT PA-nın son qətnaməsi bu kontekstdə, Prezident İlham Əliyevin hücum diplomatiyası siyasətinin növbəti uğurudur.

İclasda millət vəkili Siyavuş Novruzov isə ulu öndər Heydər Əliyevin 1969-cu il 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri vəzifəsinə təyin edilməsinin, başqa sözlə desək, ölkə rəhbərliyinə gəlməsinin 50-ci ildönümünin yaxınlaşdığını diqqətə çatdırıb. O qeyd edib ki, Milli Məclis ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı bəyanat və ya müraciət qəbul etməlidir.

Parlamentin növbədənkənar iclasının gündəliyinə 28 məsələ daxil edilmişdi. ''Notariat haqqında'' qanunun müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev maraqlı təkliflə çıxış edib. O, avtomobilin başqa şəxsə sürülmək üçün verilən etibarnamənin notarial təsqinin əleyhinə çıxıb.

Plenar iclasda bir sıra qanun layihələri səsə qoyularaq qəbul edilib. Bununla da növbədənkar plenar iclas başa çatıb və deputatlar avqustun 30-a qədər tətilə çıxıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






221 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR