Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Türkiyəyə saç əkdirməyə gedən azərbaycanlını elə həmyerlimiz soydu - VİDEO

11.07.2019 12:41

Türkiyədə soyğunçuluqda şübhəli bilinən azərbaycanlı saxlanılıb.

"Haberler”in məlumatına görə, İstanbulun Küçükçekmece rayonunda polis forması geyinən azərbaycanlı evlərə gedərəkturistləri qarət edib.

Məlumata əsasən, onun qurbanları arasında Türkiyəyə saç əkdirməyə gedənazərbaycanlı da olub.

Belə ki, mayın 12-də həmin azərbaycanlı bu ölkədə yaşayan Röyal adlı həmyerlimizlə tanış olub. Röyal ona yardım edəcəyini bildirib və birlikdə Türkiyəyə yenicə gələn həmyerlisinin evinə gediblər.

Röyal həmyerlisinin evindən 2100 ABŞ dolları, 20 min rubl və bir ədəd telefon götürüb.

Polis soyğunçuluqla məşğul olan Röyalı yaxalayıb. Hakim qarşısına çıxarılan azərbaycanlı barəsində həbs qərarı çıxarılıb.


© xezerxeber.az


170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR