Kür Sutəmizləyici Qurğular Kompleksinə infotur təşkil olunub - VİDEO

10.07.2019 20:36

Kür Sutəmizləyici Qurğular Kompleksinə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr edilmiş infotur təşkil edilib.

Xezerxeber.az-ın xəbərinə görə, "Azərsu” ASC Kür Sutəmizləyici Qurğular Kompleksinə informasiya ekskursiyası çərçivəsində jurnalistləri kompleksin iş prinsipi ilə tanış edib.

Qeyd edilib ki, hazırda kompleks Mil-Muğan bölgəsinin 7 rayonunu və Bakı şəhərinin bəzi ərazisini, ümumilikdə isə 600 minə qədər əhalini içməli su ilə təmin edir.

Eyni zamanda "Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi də həyata keçirilib. Bu məqsədlə həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından saniyədə 5 kubmetr həcmində suvarma suyu verilir.

Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona verilən içməli suyun həcmi xeyli artığından Kür sutəmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsi Muğan və Aran rayonlarına yönəldilib. Bu məqsədlə 2012-2013-cü illərdə 107 km uzunluğunda Şirvan-Muğan qrup su kəməri və kəmərin marşrutu boyunca Hacıqabul, Salyan və Biləsuvar su anbarları tikilib. Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü ilin aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabrın 4-də Biləsuvar, 2016-cı ilin sentyabrın 3-də isə Salyan şəhərlərinə içməli suyun verilməsi təmin olunub.

Gələcəkdə bu kəmərdən 40 kilometr uzunluqda kəmər vasitəsi ilə Neftçala şəhərinə də suyun verilməsi nəzərdə tutulur. Qeyd edək ki, Şirvan-Muğan Qrup su kəmərindən 5 şəhər və 121 kəndin 470 min nəfər sakini faydalanır.

Bununla yanaşı, 2014-cü ildə uzunluğu 62 km olan Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri tikilərək istismara verilib. Həmin kəmər 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad və Saatlı şəhərlərinin, həmin rayonların 40 kəndinin, eləcə də Hacıqabul rayonunun 4 kəndinin ümumilikdə 160 min nəfər sakininin içməli suya olan tələbatını ödəyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






287 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR