Prezident İlham Əliyev MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib - VİDEO

10.07.2019 20:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib.

Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev MEDEF-in böyük nümayəndə heyəti ilə Azərbaycana səfərini yüksək qiymətləndirib. Qeyd edib ki, bu, Azərbaycanda fəaliyyət göstərməyə böyük marağın olduğunu nümayiş etdirir. Dövlət başçısı diqqətə çatdırıb ki, hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki bu, əsas prioritetdir.

Dövlət başçısı əminliyini bildirib ki, yerli və xarici şirkətlərin fəal iştirakı ilə Azərbaycan öz məqsədlərinə çatacaq.

Sonra MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö çıxış edərək nümayəndə heyətinə bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiya sahələrini təmsil edən şirkətlərin daxil olduğunu və onların 12 sektoru əhatə etdiyini bildirib.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez fransız şirkətləri ilə yüksək səviyyədə görüşə görə Prezident İlham Əliyevə təşəkkür edib. O, fransız şirkətlərinin Azərbaycanda həvəslə fəaliyyət göstərdiklərini bildirib. Orelia Buşez Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı artıq nəticələrin göründüyünü və bunun burada təmsil olunan şirkətlərin fəaliyyət müxtəlifliyində də öz əksini tapdığını vurğulayıb.

MEDEF-in beynəlxalq Fransa-Azərbaycan qrupunun rəhbəri, "SUEZ" qrupun baş direktorunun müavini xanım Mari-Anj Döbon bugünkü qəbula görə minnətdarlığını bildirərək, "SUEZ" şirkətinin Azərbaycanda fəaliyyətinə verdiyi dəstəyə görə dövlət başçısına təşəkkür edib. Bir sıra yerli şirkət və agentliklərlə infrastrukturun təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq etdiklərini deyən Mari-Anj Döbon ölkəmizdə bu sahədə görülən işlərin iqtisadi inkişaf baxımından, həm də vətəndaşların həyatı üçün önəmli olduğunu bildirib. Mari-Anj Döbon ətraf mühitin qorunması sahəsində ölkəmizdə icra olunan layihələrə dəstək göstərməyə, bu sahədə infrastrukturun inkişafına töhfə verməyə hazır olduqlarını deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






269 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR