Hava şəraiti dəyişəcək - VİDEO

10.07.2019 20:11

Havanın temeperaturu aşağı enəcək, güclü külək və leysan olacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Bakıda və Abşeron yarmadasında sabah hava nisbətən sərin keçəcək, iyulun 12-dən isə temperatur aşağı enəcək.

Hava şəraiti iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır.

Umayra Tağıyeva vətəndaşlara müraciət edərək istirahət günləri üçün planlarında hava şəraitini nəzərə almağı tövsiyə edib. Bundan başqa, Respublikanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var.

Havanın yağmurlu keçməsi səbəbindən dağ çaylarında sululuğun artacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






244 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR