Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində işçi görüşü keçirilir - VİDEO

10.07.2019 10:11

NATO-nun Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə Bakıda Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramı (ƏİK) çərçivəsində Azərbaycan Respublikasında ƏİK Məlumatlar Bazası proqram təminatının yenilənməsi üzrə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, tədbirin əsas məqsədi ƏİK Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin qiymətləndirilməsində istifadə olunan ƏİK Məlumat bazası proqram təminatının yenilənməsi və təkmilləşdirilməsi üzrə yeni təkliflərin müzakirə olunmasıdır.
İyulun 11-dək davam edəcək tədbirdə 7 NATO və 6 tərəfdaş ölkə olmaqla 13 ölkədən 21 nümayəndə iştirak edir.
Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ƏİK proqramına qoşulub. Ölkəmiz hazırda ƏİK Ortaq Qüvvələr Birliyinə bir tabor, bir kəşfiyyat bölüyü, HHQ-nin Mİ-17 helikopter cütlüyü və HDQ-nin Göyərtə Qrupunu bəyan edib.


© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR