Prezident İlham Əliyev Xalq artisti Heydər Anatolluya mənzil hədiyyə edib - VİDEO

09.07.2019 20:24

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Heydər Anatolluya mənzil hədiyyə edib.

Uzun illər Müdafiə Nazirliyinin nümunəvi orkestrinin solisti olan Heydər Anatollu təəssüratlarını "Xəzər Xəbər"lə bölüşüb.

Xezerxeber.az-ın məlumatına görə, Xalq artisti deyir ki, Prezidentin hədiyyəsi onun üçün gözlənilməz olub və ailəlikcə onları sevincə qərq edib.

Xalq artisti artıq mənzillə tanış olub. Üç otaqlı ev Yasamal rayonu ərazisində yerləşir. Heydər Anatollunun sözlərinə görə, ölkə başçısının bu etimadı onu daha da ruhlandırıb.

Qeyd edək ki, bundan əvvəl ölkə başçısı tərəfindən bir qrup sənətçiyə mənzil hədiyyə edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






225 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR