İxracın artması bahalaşmaya səbəb olub - Azərbaycanda daha məhsuldar tərəvəzlər əkiləcək - VİDEO

09.07.2019 20:24

İstehlak bazarında pomidor və xiyarın qiymətinin balaşmasının səbəbi açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Kənd Təssərüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib ki, artıma səbəb Rusiya və digər bazarlara ixracın artmasıdır. Amma havanın iqlim normasına uyğun olmaması da qiymətə təsir edib.

Növbəti həfətdən bazara daha çox açıq sahə tərəvəzləri daxil olacaq ki, bu da qiymətlərin yenidən ucuzlaşmasına səbəb olacaq. Qiymət artımlarının olmaması üçün hazırda institut tərəfindən daha tez yetişən və xəstəliklərə davamlı, daha məhsuldar sortlar yetişdirilir.

Hazırda 150-ə yaxın yeni tərəvəz sortu üzərində iş aparılır. Yeni sortlar növbəti mövsümə kimi fermerlərin yoxlanışına veriləcək və bəyəniləcəyi təqdirdə kütləvi əkinə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR