Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib - VİDEO

25.06.2019 20:15

Ötən il Azərbaycanla Monteneqro arasında ticarət dövriyyəsi artıb. Bu il isə dövriyyənin daha da artacağı gözlənilir. Bu açıqlama Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda verilib. Forumda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Monteneqronun Baş naziri Duşko Markoviçlə yanaşı, hər iki ölkənin dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Monteneqro Azərbaycan üçün Balkan yarımadası ölkələrinin bazarlarına, Azərbaycan isə Monteneqro üçün MDB ölkələrinin bazarlarına çıxışda mühüm rol oynaya bilər.

Qeyd edilib ki, Azərbaycanla Monteneqro arasında ticarət dövriyyəsi artsa da, mövcud vəziyyət iki ölkənin potensialını əks etdirmir.

Daha sonra isə Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib. Bildirilib ki, Monteneqro tərəfi Azərbaycan şirkətlərini aeroportların idarəetməsi ilə bağlı tenderdə iştiraka dəvət edib.

Qeyd edilib ki, əməkdaşlığın mövcud potensiala uyğun şəkildə genişləndirilməsi istiqamətində işlər aparılır.

Sonda iclasın yekunlarına dair protokol imzalanıb.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR