Meşədə çadır quran narkotik "biznesmen"i yaxalandı - VİDEO

25.06.2019 20:10

Meşədə çətənə kolları becərən saxlanılıb.

XaçmazpolisiLəcət kəndinin ərazisində yerləşən meşəlik ərazidə əməliyyat-axtarış tədbirlərikeçirdib.şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu, habelə qurudulmuş marixuana aşkarlanıb.Polis oradan silahlar da tapıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını cari ilin may ayında əkdiyini bildirib.

Beyləqanda da narkotik əkən tutulub.Rayonun Dünymalılar kəndi ərazisində yerləşən meşə massivində300 ədəd narkotik tərkibli çətənə kollarından ibarət plantasiya aşkarlanıb.Aparılan axtarış əməliyyat zamanı məlum olub ki çətənə kollarını Saatlı rayon sakini 34 yaşlı Asim Qarayevəkib. Kolların xüsusi aqrotexniki qayda ilə becərildiyi məlum olub. Bundan başqa əraziyə baxış keçirilən zaman 2 kq 900 qram qurudulmuş marixuana aşkarlanıb.

Astarada isə tiryək satan tutulub.Lənkəran şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş Azad Həsənov tiryək satarkən iş başında yaxalanıb. Onunəlində daşıdığı sellafon torbadançəkisi 5 kiloqram 300 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.

Faktlarla bağlıcinayət işi açılıb, istintaq davam etdirilir.

© xezerxeber.az


445 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR