Bakıda restoranda ŞOK HESAB – DİQQƏTLİ OLUN! - VİDEO

25.06.2019 20:27

Bakıda restoranların birində müştəridən hesabın 40 faizindən çox xidməthaqqı adı ilə əlavə pul alınıb. Bununla bağlı hətta fotoşəkil də sosial şəbəkələrdə yayılıb

Məlum olub ki, müştərinin restoranda cəmi 51 manat dəyərində sifarişi olub. Ancaq ondan göstərilən xidmət qarşılığında əlavə olaraq 22 manat da tələb edilib və masaya ümumi olaraq 73 manatlıq qəbz göndərilib.

Ümumiyyətlə son vaxtlar bu kimi hallar artır. Restoranda əyləşən müştərilərdən əlavə xidməthaqqı da tələb edilir.Sorğu zamanı bəlli oldu ki, bəzən restoranlar əlavə xidmət haqqı barədəmüştəriləri məlumatlandırmır.

Marketoloq Mahir Zeynalov deyir ki, müştəridən cəmi 51 manatlıq sifariş üçün əlavə 22 manat xidmət haqqının alınması qanunsuzluqdur.

Mahir Zeynalov deyir ki, dünyada otel və restoran kimi xidmət sektorlarında xidməthaqqının alınması kimi təcrübə mövcuddur. Ancaq bundan sui-istifadə edilməsi və 10%-dən artıq xidməthaqqının alınması yolverilməzdir. Təcrübəyə görə, xidməthaqqı əsasən menusu aşağı qiymətə təklif edilən restoranlarda alınır. Bunun da bir sıra səbəbləri var.

İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirildi ki, belə hallarla qarşılaşan vətəndaşlar qurumun 498-15-04 və ya 01 nömrəli qaynar xəttinə müraciət etsinlər.Onların müraciəti araşdırılacaq, fakt təsdiqini tapdığı təqdirdə qanuna müvafiq addımlar atılacaq..

© xezerxeber.az


675 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR