Gürcüstan parlamentində dava düşdü - VİDEO

25.06.2019 16:13

Nazirin istefa tələbi parlamenti bir-birinə vurdu

Gürcüstan parlamentində hakim "Gürcü Arzusu" və müxalif "Milli Hərəkat" və "Avropa Gürcüstanı" partiyalarının deputatları arasında dava düşüb. Bu barədə Sputnik Gürcüstan xəbər verir.

Gürcüstan müxalifəti parlamentin birinci vitse-spikeri Tamar Çuqoşvilidən aksiya iştirakçılarının Daxili İşlər naziri Georgi Qaxariyanın istefası da daxil olmaqla, tələblərinin müzakirəsini tələb edib.

Bundan sonra deputatlar arasında şifahi və fiziki qarşıdurma baş verib. Tamar Çuqoşvili texniki fasilə elan edib və müxalifət etiraz əlaməti olaraq iclas zalından çıxıb.

© xezerxeber.az


230 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR