Bakıda fəhlələr zibili belə daşıdılar - təhlükəli görüntülər - VİDEO

25.06.2019 14:37

osial şəbəkələrdə Səbail Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) işçilərinin rayonun Yusif bəy İbrahimli küçəsində sökülmüş ərazidəki yükləri qəribə şəkildə daşıması ilə bağlı videogörüntülər yayılıb.
 
XəzərXəbər "Report”a istinadən xəbər verir ki, işçilərin hərəkəti ətrafda yaşayan insanların narahatlığına səbəb olub. "Toz və əlavə səs-küy yaradılır, üstəlik, heç bir təhlükəsizlik qaydalarına riayət edilmir. Tikinti işi çox primitiv və qeyri-peşəkarlıqla aparılır. Elə bil daş dövrünün əmək fəaliyyətidir”, - sosial şəbəkə istifadəçilərindən biri deyib.
 
Digər istifadəçi isə "fəhlələri işdən qovacaqlar, məsələ həll olunmuş olacaq”, - yazıb. Səbail Rayon İcra Hakimiyyətindən "Report”a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.


© xezerxeber.az


317 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR