Hava isti, kondisionerlər isə işləmir - VİDEO

24.06.2019 20:17

Havaların isti keçdiyi bu günlərdə ictimai nəqliyyatda kondisionerlərin olmaması və ya bilərəkdən işlədilməməsi sərnişinləri narahat edir. Bu dəfə kondisioner problemi ilə bağlı Sumqayıt və Gəncədə olan vəziyyəti öyrənmişik.

Hava isti, kondisionerlər isə işləmir. Temperaturun 35-36 dərəcədən düşmədiyi bu günlərdə Gəncədə sərnişinlər marşrut avtobuslarında istidən və havasızlıqdan narazıdırlar.

Gəncənin marşrut xətlərindəki müxtəlif tutumlu avtobusların böyük əksəriyyətində kondisioner ümumiyyətlə yoxdur. Tək-tük olanlarda isə istifadə olunmur.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən isə bildirdilər ki, yay mövsümün başlaması ilə əlaqədar bu məsələ ilə bağlı daşıyıcı şirkətlərlə iş aparılır.

Sumqayıtda da bəzi avtobuslarda kondisionerlər işləmir.

Bununla belə kondisionerləri işə salınan marşrutlar da var.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydımov Xəzər Xəbər-ə bildirdi ki, hazırda 17 xətt üzrə şəhərdaxili marşrut avtobusu var və onlara nəzarət olunur.

İdarədən o da bildirildi ki, kondisionerləri olduğu halda işlətməyən sürücülər aşkar olunarsa, cəzalandırılacaq.

© xezerxeber.az


304 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR