Tut ağacının üzərində müxtəlif gül növləri var - Sanki kimsə gülləri ağaca bağlayıb - VİDEO

24.06.2019 19:48

Masallı sakini tut ağacının üzərində 50-dən çoxgül növü yetişdirib. 60 yaşlı tut ağacının qalın gövdəsinə calaq olunmuş güllər görənlərin marağına səbəb olur.

Tut ağacının üzərində müxtəlif gül növləri var. Sanki kimsə gülləri ağaca bağlayıb.

İlk baxışdan qəribə və təəccüblü görünən bu fərqli gözəlliyi ortaya çıxaranMasallı rayonunun Xanalyon kənd sakini Əkrəm Cabbarovdur. O, həvəskar bağbandır. Deyir ki, tut ağacı üzərində gül yetişdirmək ideyası onda bir neçə il əvvəl yaranıb və bu fikiri reallaşdırmaq qərarına gəlib. Bunun üçün calaq üsulunu seçib. Diametri 50 santımetr, hündürlüyü 14 metrə yaxın olan ağacın 8 metrlik gövdə hissəsində 50-dən çox gül yetişdirib.

Bağban bildirir ki, tut ağacında gül yetişdirmək heç də asan olmayıb. Ağaca 3 il müddətində daim qulluq edib. Nəticədə istəyinə nail ola bilib. Ağacı və gülləri su ilə təmin etmək üçün isə damcı suvarma sistemindən yararlanır.

Bu Əkrəm Cabbarovun ilk işi deyil. Bağban 10 il əvvəl də tut ağacında 37 növdə, müxtəlif adda meyvə yetişdirib. Bağbanın istəyi tut ağacında yetişdirdiyi güllərin sayını artırmaqdır.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

20.07.2019 15:27

Qaradağda ev yanıb

ÇOX OXUNANLAR