Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Aşan ağac evin hasarını uçurub - VİDEO

24.06.2019 19:16

Aşan ağac evin hasarını uçurub.

Bu azmış kimi elektrik və işıq xətlərinə də ciddi ziyan vurub.

Hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində qeydə alınıb. Sakinlər deyirlər ki, ağacın bu vəziyyətdə olması onları ciddi narahat edir.

Sakinlər, tam aşmaması üçün özləri ağaca dirək qoyublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimovanın Xəzər Xəbər-ə verdiyi məlumata görə, məlum məsələ ilə bağlı daha əvvəl nazirliyə müraciət olunub və lazımi tədbir görülüb.

Sözügedən hadisə ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov isə bildirib ki, 1 kök üstündə 2 gövdəsi olan tut ağacı hasar çəkilən zaman nəzərə alınmayıb. Buna görə də indi ağac hasara ciddi maneə törədir. Buna baxmayaraq, ağacın toxunulmazlığına rəy çıxarılsa da, qəza riski nəzərə alınaraq ağacda budanma işləri aparılacaq.

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

20.07.2019 15:27

Qaradağda ev yanıb

ÇOX OXUNANLAR