Nazir bütün pensiyaçılara ŞAD XƏBƏR VERDİ: 1 yanvardan... - VİDEO

20.06.2019 19:45

Gələn il yanvarın 1-dən pensiyalar əlavə 15 faiz aratacaq.Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Sosial islahatlarla bağlı həyata keçirilən tədbirlərdən danışan Sahil Babayevbildirib ki, bu il həyata keçirilən ikinci sosial paket2 milyon 100 min nəfər vətəndaşı əhatə edir. Bu paketin illik xərci 2 milyard manata yaxın olacaq. Amma 2019-cu ilin yerdə qalan dövrü üzrə bu istiqamətdə 660 milyon manat vəsait yönəldiləcək.

Sahil babayev qeyd edib ki, cari il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın 130 manatdan 250 manata çatdırılması mühüm sosial uğurdur. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərar tutacaq.Bu artımlar isə inflyasiya göstəricisinə təsir etməyəcək.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Hadı Rəcəbli bildirib ki,bu artımlar aparılan sosial islahatların məntiqi yekunudur. 2019-cu ildə aparılan islahatlar və edilən artımlar ölkənin dinamik iqtisadi inkişafının təzhürüdür.

Bildirilib ki, ikinci sosial paket çərçivəsində həyata keçiriləcək tədbirlər 1 milyon 350 min vətəndaşın əməkhaqqının artımına səbəb olacaq. Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edir.

© xezerxeber.az


1718 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR