Hövsandakı sosial evlərin nə vaxt satılacağı - MƏLUM OLDU - VİDEO

18.06.2019 14:07

Xəzər sahilindən cəmi 2 km məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.

Mənzil İnşaatı Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır.

Bildirilir ki, 11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək.

Kompleksin tikintisinin hazırki vəziyyəti ilə bağlı hazırlanmış video-çarxı təqdim edirik:


© xezerxeber.az

FOTOQALERIYA






327 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR