Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Sabirabadda müəmmalı yanğınlar: Nizami sakinləri gecə yatmır - VİDEO

16.06.2019 19:58

Sabirabadrayonu Nizami kənd sakinləri bir neçə həftədir ki, qeyri -adi hadisə ilə qarşılaşıblar. Onlar iddia edir ki, naməlum şəxs və ya şəxslərkənd sakinlərinə məxsus ot tayalarını qəsdən yandırır.

Gecələrayrı -ayrı adamaların ot tayaları yandırılır.

Kənddə ot tayaları yandırılmasın deyə kənd sakinləri küçələrdə növbəilə gözətçilik edirlər. Görüntülər Sabirabad rayonunun Nizami kəndindəndir.

Kənd sakinləri iddia edir ki, 10 gündən çoxdur ki,naməlum şəxslər kənd sakinlərinə məxsus ot tayalarına od vuraraq onlara xeylimiqdardamaddi ziyan vurub..Sakinlərin dediyinə görə uzun illərdir bu kənddə yaşamaqlarına baxmayaraqbelə hal ilə ilk dəfədir ki, qarşılaşırlar..Kənd sakinləri yanğının həmişə eyni vaxtdatörədildiyinibildiririr.

Kənd sakinləri 15 gün ərzində 6 nəfərə məxsus ot tayasının yandırıldığını bildiriblər. Onlar gecələr növbələr də çəkirlər.

Sakinlər baş verən hadisə ilə bağlı Kənd İcra Nümayəndəliyinə və Sabirabad Rayon Polis Şöbəsinə müraciət ediblər.Polisdən "Xəzərxəbər"ə bildirildi ki, hadisə ilə bağlı polis əməkdaşları kənddə olub izahat alıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

© xezerxeber.az

FOTOQALERIYA






247 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR