Astaranın "may balı" - QİYMƏT - VİDEO

15.06.2019 20:45

Astarada "may balı"nın süzümünə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Siyəkü inzibati ərazisində arıçılıq əhalinin əsas məşğuliyyəti hesab edilir. Hazırda kəndlərdə bal süzümünün qızğın çağıdır. Burada 9 min arı ailəsi var. Bunlardan yeni qeydiyyata alınanların sayı 1250-dir. Arıçıların sözlərinə görə, mayın əvvəllərində havalar əlverişsiz keçdiyindən məhsuldarlıq üçün riskli proqnozlar verilirdi. Ancaq sonradan havalar düzəldi.

Əldə olunan balın azalmasına baxmayaraq, rayonda arı ailələrinin sayı ilbəil artır. Bunun əsas səbəblərindən biri də dövlət tərəfindən arı ailəsinə görə subsidiyanın verilməsidir.

Arıçılar istehsal etdikləri məhsulu əsasən sifariş əsasında satırlar. Balın 1 kiloqramı 20-25 manata təklif edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






473 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR