Bəzi gənclərin təhsil xərclərini dövlət ödəyəcək - Müsabiqə elan edildi - VİDEO

12.06.2019 20:29

Ehtiyaci olan gənclərin təhsil xərclərini dövlət maliyyələşdirəcək.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı müsabiqə elan edilib.

Dövlət büdcəsindən maliyyələşən Gənclər Fondu ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində grutjyyjgjgjhjhtəhsil alan 237 tələbənin təhsil haqqı borclarını ödəyib.Bu il müsabiqədə iştirak etmək istəyənlər isə Gənclər Fondunun rəsmi saytında qeydiyyatdan keçməlidir.

Müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür. Maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris illəri üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Müraciətlər 19 iyuladək qəbul ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






281 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR